Milli Məclis yanında Toponimiya Komissiyasına sədr, müavin və katib seçilib - YENİLƏNİB
Milli Məclis yanında Toponimiya Komissiyasına sədr, müavin və katib seçilib.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı komissiyanın bugünkü iclasında müzakirə aparılıb.
Toponimiya Komissiyasının sədri vəzifəsinə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, sədrin müavini vəzifəsinə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, komissiyanın katibi vəzifəsinə isə MM Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Cavid İsgəndərovun namizədliyi təklif olunub.
Komissiya üzvlərinin səsverməsindən sonra müvafiq qərar qəbul edilib. Beləliklə, Komissiyanın sədri İsa Həbibbəyli, sədr müavini Musa Quliyev, katibi isə Cavid İsgəndərov olub.
Müxbir Aysel Aslan
Milli Məclis yanında Toponimiya Komissiyasına yeni sədr seçiləcək.
“Sizinxeber.az”un əldə etdiyi məlumata görə, bununla bağlı Toponimiya komissiyası sədrinin, sədr müavininin və komissiya katibinin seçilməsi haqqında məsələ müzakirəyə çıxarılacaq.
Məsələ Toponimiya Komissiyasının bugünkü iclasında müzakirə olunacaq.
Qeyd edək ki, Komissiya Azərbaycanın ərazi vahidlərində ad verilməsi, onların adlarının dəqiqləşdirilməsi və dəyişdirilməsi məsələlərini müzakirə edir və bu barədə Milli Məclisə rəy hazırlayır.
Xatırladaq ki, Komissiyanın bundan əvvəlki sədri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, sədr müavini Sevinc Fətəliyeva, katib isə Cavid İsgəndərov olub.
Oxşar xəbərlər
Milli Məclis yanında Toponimiya Komissiyasına yeni sədr seçiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Toponimiya Komissiyasının sədri, sədr müavini və katibi seçilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Toponimiya Komissiyasının yeni tərkibdə ilk iclası keçiriləcək, sədr seçiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin komitələrinə sədr seçilib - TAM SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












