Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişib
Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişib.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Azərbaycan Milli Məclisi yanında Toponimiya Komissiyasının tərkibi haqqında parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, deputat Elnarə Akimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, deputat Anar İsgəndərov, Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov Toponimiya Komissiyasının tərkibinə daxil ediliblər.
Komissiyanın sədr müavini, deputat Sevinc Fətəliyeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Akif İmanlı və AMEA-nın H.Əliyev adına Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasova isə komissiyanın tərkibindən çıxarılıblar.
Məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq təsdiq edilib.
Oxşar xəbərlər
AMEA Naxçıvan Bölməsinin 3 şöbə müdiri vəzifələrindən azad edilib
Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibi təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
