TÜRKPA-nın Baş katibi: Türk dövlətləri "yaşıl enerji"nin təşviqini sürətləndirməlidirlər
sizinxeber.az xəbər saytı

TÜRKPA-nın Baş katibi: Türk dövlətləri "yaşıl enerji"nin təşviqini sürətləndirməlidirlər


Türk dövlətləri "yaşıl enerji"nin təşviqini sürətləndirməlidirlər.

"Sizinxeber.az" xəbər verir ki, bunu TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er Milli Məclisdə keçirilən "İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri" mövzusuna həsr edilmiş TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələrinin təsirlərinin azaldılması, səhiyyə sistemlərinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq səviyyədə əlaqələndirilmə mühüm əhəmiyyət daşıyır:

"Səhiyyə sistemlərinin yükü durmadan artır. Qarşımızda duran əsas vəzifə iqlim dəyişmələrinin zərərli təsirlərinin azaldılması istiqamətində tədbirlər görməkdir. Bu, çox çətin bir vəzifədir. İnanırıq ki, türk dövlətlərinin əməkdaşlığı bu kimi məsələlərin həllində qlobal səylərin təşviqinə töhfə verəcək".

Oxşar xəbərlər

TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçiriləcək
TÜRKPA-nın komissiya sədri: Türk dövlətlərində tibb işçilərinin iqlim dəyişmələrinə hazırlıq səviyyəsi yüksəldilməlidir
Filiz Besim: İqlim dəyişmələri ilə bağlı xəstəliklərin artması uşaqlar və yaşlı nəslin nümayəndələri üçün çox təhlükəlidir
Bakıda TÜRKPA-ya üzv Parlamentlərin Səhiyyə Komitələri sədrlərinin iqlim dəyişmələri ilə bağlı II iclası keçirilib
COP29-da iqlim dəyişmələrinin sağlamlığa təsiri mövzusunda müzakirələr aparılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər