İraq prezidenti WUF13-ə dəvət olundu
İraq Prezidenti Nizar Abidi Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dəvət olunub.
Axar.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvət məktubunu ölkəmizin İraqdakı səfiri Eldar Səlimov təqdim edib.
Görüşdə həmçinin Azərbaycan və İraq dövlətləri arasındakı əlaqələr və onların möhkəmləndirilməsi, eləcə də son beynəlxalq və regional məsələlər müzakirə olunub. Səfir E.Səlimov Nizar Abidinin İraq Prezidenti seçilməsi münasibətilə Azərbaycanın dövlət başçısının təbrik məktubunu təqdim edib.
Təbrikə görə minnətdarlığını ifadə edən Nizar Abidi ölkəmizin həm pandemiya (COVID-19) dövründə İraqa etdiyi yardıma, həm də beynəlxalq təşkilatlar çərçivəsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib, ikitərəfli əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Nizar Amidi İraqın yeni prezidenti olub
Səudiyyə Ərəbistanının kralı və vəliəhdi Azərbaycana dəvət ediliblər
Azərbaycan və İraqın mərkəzi bankları arasında əməkdaşlıq imkanları müzakirə olunub
Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevi təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
