Səudiyyə Ərəbistanının kralı və vəliəhdi Azərbaycana dəvət ediliblər
sizinxeber.az xəbər saytı

Səudiyyə Ərəbistanının kralı və vəliəhdi Azərbaycana dəvət ediliblər


İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd, Nazirlər Şurasının sədri Məhəmməd bin Salman əl-Səud 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dəvət ediliblər.

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvət məktubları ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Şahin Abdullayev tərəfindən iyulun 29-da xarici işlər nazirinin müavini Vəlid bin Əbdülkərim əl-Xiriciyə təqdim edilib.

Görüşdə, həmçinin iki ölkə arasındakı əlaqələr və onların bütün sahələrdə möhkəmləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı kralı: İranla münasibətləri inkişaf etdirməyə ümidvarıq
Səudiyyə Ərəbistanının Kralı Ramazan bayramı münasibətilə Azərbaycan Prezidentini təbrik edib
Səfir Səudiyyənin XİN başçısının müavini ilə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib
Səudiyyə Ərəbistanı kralı və vəliəhd şahzadəsi təyyarə qəzası ilə əlaqədar başsağlığı verib
Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevə başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər