

Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb - FOTO - YENİLƏNİB
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.
Sizinxeber.az xəbər verir ki, dövlət başçısını salamlayan sakinlər dedilər: Xoş gəlmisiniz, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Cənab Prezident, üçüncü dəfədir Sizinlə görüşürük.
Prezident İlham Əliyev: Salam, necəsiniz?
Sakin: Çox sağ olun.
Prezident İlham Əliyev: Birinci gələnlərdənsiniz, elədimi?
Sakin: Bəli, birinci gələnlərdənik.
Sakin: Olar, bəlkə bizim evdə bir şəkil çəkdirək?
Prezident İlham Əliyev: Olar, çəkdirək.
Sakin: Cənab Prezident, bu da xüsusi təyinatlıdır.
Prezident İlham Əliyev: Ay maşallah, ay maşallah. Neçə yaşı var?
Sakin: Beş.
Prezident İlham Əliyev: Maşallah. Rütbəsi də var.
Sakin: Bəli, bəli.
Prezident İlham Əliyev: Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan. Necə yaşayırsınız?
Sakinlər: Çox şükür, yaxşı. Hər şey yaxşıdır. Gözəl havası, gözəl suyu.
Sakin: Biz elə birinci köçənlərdənik, o vaxtdan da burada yaşayırıq.
Prezident İlham Əliyev: Bəli, birinci köçənlərdən.
Sakin: Biz də Əməkdar müəllimlərik. Sizinlə şəkil çəkdirmək istəyirik, şagirdlərimizlə, zəhmət olmasa.
Prezident İlham Əliyev: Gəlin, belə duraq. Burada harada dursan yenə də cənnət görünür. Balacanı da mən götürüm qucağıma. Balaca, gəl buraya.
Sakinlər: Çox sağ olun. Allah Sizə ömür versin, cansağlığı versin.
Prezident İlham Əliyev: Sağ olun, sizə də cansağlığı. Məktəbdə işlər yaxşıdır?
Sakin: Bəli, əladır, çox gözəldir.
Prezident İlham Əliyev: Həyətyanı sahə var?
Sakin: Bəli, var. Çox sağ olun, təşəkkür edirəm, cənab Prezident.
Prezident İlham Əliyev: Sabah bayram günüdür. Bayram münasibətilə sizi təbrik edirəm.
Sakinlər: Çox sağ olun, var olun, cənab Prezident. Allah Sizə ömür versin.
***
14:05
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb - FOTO
Xankəndi şəhərinə ilk köçün tarixi açıqlanıb
Prezident İlham Əliyev ekvadorlu həmkarını təbrik edib
Prezident İlham Əliyev Britaniyanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyev İspaniyanın Baş naziri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
