Prezident: Papa Fransiskin Heydər Məscidində görüşü birliyin bərqərar olmasının vacibliyi ilə bağlı mesaj idi
sizinxeber.az xəbər saytı

Prezident: Papa Fransiskin Heydər Məscidində görüşü birliyin bərqərar olmasının vacibliyi ilə bağlı mesaj idi


Papa Fransiskin Heydər Məscidində ölkəmizdə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşü insanlar arasında birliyin bərqərar olmasının vacibliyi ilə bağlı mesaj idi.

Sizinxeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyev deyib.

Dövlət başçısı Papa Fransiskin xatirələrdə çox sadə, adi insanların ehtiyac və arzuları ilə yaşayan bir şəxs kimi qalacağını deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 25-də Bakıdakı Müqəddəs Məryəm Ana katolik kilsəsində olub, Roma Papası Fransiskin vəfatı ilə əlaqədar başsağlığı veriblər.

Dövlət başçısı və birinci xanım Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete ilə söhbət ediblər.


Oxşar xəbərlər

Prezident Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib - YENİLƏNİB
Prezident Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində olub, Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib
İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib - YENİLƏNİB
Papa Fransiskin səhhəti ilə bağlı irəliləyiş davam edir
Roma Papasının vəfatı ilə bağlı Bakıdakı Müqəddəs Məryəm kilsəsində başsağlığı kitabı açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər