Prezident İlham Əliyev: Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır
Bizim Astanadakı görüşümüz (Çinin Sədri Si Cinpinlə - red.) və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır.
Sizinxeber.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində söyləyib.
Dövlətimizin başçısı, həmçinin bildirib: “ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir”. Prezident İlham Əliyev yüksəksəviyyəli səfərlər mübadiləsinin dövlətlərarası münasibətlərimizin dərinləşməsi prosesinə əlavə impuls verəcəyinə inandığını vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev: Astanada imzalanan Bəyannamə Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır
Prezident İlham Əliyev: Çinlə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq
Prezident İlham Əliyev: Bu səfər Azərbaycanla Somali arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq
Prezident İlham Əliyev: Azərbaycan-Çin strateji tərəfdaşlığı yeni müsbət məzmunla zənginləşir
Prezident: Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













