Səudiyyə Ərəbistanının Kralı Ramazan bayramı münasibətilə Azərbaycan Prezidentini təbrik edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
mar
2025
10:50
0
0
1 326

Səudiyyə Ərəbistanının Kralı Ramazan bayramı münasibətilə Azərbaycan Prezidentini təbrik edib

30 mar, 2025
10:50
1 326

Səudiyyə Ərəbistanının Kralı Ramazan bayramı münasibətilə Azərbaycan Prezidentini təbrik edib

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

APA-nın xəbərinə görə, təbrikdə deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-alinizə mübarək Ramazan bayramı münasibətilə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə cansağlığı və xoşbəxtlik arzulayırıq.

Allahdan diləyirik ki, bu mübarək bayramda Zati-alinizə və qardaş xalqınıza daha çox tərəqqi və firavanlıq nəsib etsin, həmçinin İslam ümmətimizi qüdrətli və sabit etsin.

Zati-alinizə salamlarımızı çatdırır və ehtiramımızı bildiririk.

Qardaşınız,

Salman bin Əbdüləziz Al Səud

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı".

Bizimlə əlaqə saxlayın