Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1267 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
APA xəbər verir ki, dövlət başçısına və birinci xanıma məlumat verilib ki, ümumi sahəsi 14 hektara yaxın olan yaşayış kompleksi Ağdamın mərkəzi küçəsində, şəhərin təsdiq edilmiş Baş Planına uyğun salınıb. Burada tikilən yaşayış binalarındakı mənzillərdən 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü isə dördotaqlıdır.
Ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq kompleksdəki binaların inşasında modern memarlıq yanaşmalarından və milli naxış elementlərindən istifadə olunur. Burada idman meydançalarının, istirahət guşələrinin, velosiped dayanacaqlarının və digər zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.
***
14:17
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1267 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB
Ağdam şəhərində beşinci yaşayış kompleksinin təməli qoyulub
Prezident İlham Əliyev Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub
Prezident İlham Əliyev Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub - YENİLƏNİB
Prezident Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













