Prezident İlham Əliyev Davosda İsxak Hersoqla görüşüb
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev Davosda İsxak Hersoqla görüşüb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşüb.

APA-nın Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub.

İsxak Hersoq ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladıb.

Söhbət zamanı iqtisadi-ticari sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirilib, hökumətlərarası birgə komissiyanın işi yüksək qiymətləndirilib.

Azərbaycanlılarla yəhudilər arasında ənənəvi, tarixi dostluq münasibətlərinin mövcud olduğu vurğulanıb, ölkəmizdə digər icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasının nümayəndələrinin də sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma mühitində yaşamaları üçün hərtərəfli şəraitin yaradıldığı məmnunluqla qeyd edilib.

Oxşar xəbərlər

Azərbaycan lideri Davosda İraq Prezidenti ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev Davosda İraq Kürdüstan regionunun Baş naziri ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşüb
Azərbaycan dövlət başçısı Davosda Latviya Prezidenti ilə görüşüb
Prezident İlham Əliyev Davosda İraq Kürdüstan regionunun Baş naziri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər