Dövlət başçısı: Əminəm ki, Azərbaycan bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
dek
2024
15:00

Dövlət başçısı: Əminəm ki, Azərbaycan bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq

24 dek, 2024
15:00
589

Dövlət başçısı: Əminəm ki, Azərbaycan bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq

"Bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi - bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik".

APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı söyləyib.

"Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və əminəm ki, bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq", - deyə dövlət başçısı bildirib.

Bizimlə əlaqə saxlayın