Prezident: Azərbaycan heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən bir ölkədir
sizinxeber.az xəbər saytı

Prezident: Azərbaycan heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən bir ölkədir



Hər yerdə ədalət olmalıdır - beynəlxalq münasibətlərdə, ailədə, hər bir ölkədə, hər bir cəmiyyətdə. Biz buna çalışırıq. Biz tarixi ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik və bununla qürur duyuruq.

Sizinxeber.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı söyləyib.

“Əminəm ki, bu şanlı Qələbəmiz hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Biz döyüş meydanındakı Zəfərimizə idman qələbələrini də əlavə etdik və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Çünki idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir, onu əks etdirir. Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir”, - Prezident İlham Əliyev qeyd edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir
Prezident İlham Əliyev: Biz işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır
Prezident İlham Əliyev: Olimpiya Oyunlarındakı uğurlarımız göstərir ki, Azərbaycan güclü idman dövlətidir
Prezident İlham Əliyev: Gələn il Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcək, bu da MDB Oyunlarıdır
Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər