Prezident İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri ilə bağlı çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır
İqlim dəyişmələri bütün qitələrin ölkələrinə təsir edir, ancaq inkişaf etməkdə olan kiçik ada dövlətləri bu təsirlərə daha həssasdır. Bu, qlobal miqyasda insanların yaşayışına mənfi təsir göstərir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişə mane olur.
Burada Azərbaycan da istisna deyil. Biz hər il çaylarımızda suyun səviyyəsinin azaldığını, Xəzər dənizinin isə səviyyəsinin aşağı düşdüyünü görürük. Azərbaycan da su qıtlığı ilə də üzləşib.
APA xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən COP-öncəsi tədbirinin iştirakçılarına müraciətində yer alıb.
Dövlət başçısı, həmçinin qeyd edib: “Azərbaycan bu çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır. Biz milli səviyyədə “təmiz ətraf mühit və yaşıl inkişaf” sosial-iqtisadi prioritetimizi uğurla icra edirik. Azərbaycan 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.
Zəngin külək və günəş enerjisi potensialımız bizə bərpaolunan enerji gündəliyini inkişaf etdirməyə imkan verir. “Yaşıl enerji” zonaları elan edilmiş işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpaolunan enerji mənbələrinə malikdir”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Pre-COP29 tədbirinin iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
Prezident COP29 öncəsi bəzi media qurumlarında Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasından danışıb
Aİ-nin İqlim Fəaliyyəti üzrə Komissarı: Daha cəsarətli addımlara ehtiyac var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
