Dövlət orqanlarının təminedici və yardımçı struktur bölmələrinin siyahısı təsdiqlənib
Dövlət orqanlarının struktur qurumlarında onlara həvalə edilmiş funksiyalar nəzərə alınmaqla təminedici və yardımçı struktur bölmələrin siyahısı təsdiqlənib.
APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən təminedici struktur bölmələrə dövlət orqanı rəhbərinin qərarı ilə yaradılan və normativ hüquqi aktlara əsasən həmin dövlət orqanına həvalə edilmiş səlahiyyətləri bilavasitə həyata keçirən şöbə və sektorlar, həmçinin hüquq, dövlət qulluğu və insan resurslarının idarə edilməsi, maliyyə və mühasibat uçotu, iqtisadiyyat, strateji inkişaf (planlaşdırma), beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr (mətbuatla iş), sənədlərlə və vətəndaş müraciətləri ilə iş, informasiya texnologiyaları, məxfi (xüsusi) şöbə və sektorlar;
Yardımçı struktur bölmələrə dövlət orqanı rəhbərinin qərarı ilə yaradılan və normativ hüquqi aktlara əsasən həmin dövlət orqanına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı təminatı həyata keçirən şöbə və sektorlar (işlər idarəsi, təsərrüfat, təminat və digər) daxildir.
Oxşar xəbərlər
Dövlət orqanlarında təminedici və yardımçı struktur bölmələrin siyahısı təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin səlahiyyətləri artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vergi orqanlarının vəzifəli şəxslərinin xidmət illərinin hesablanması Qaydası təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
SHXÇDX əməkdaşlarına tibbi xidmət DSX tərəfindən göstəriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












