Xaçmazda “Qərbi Azərbaycan – Yurd yerimiz” elmi-praktik konfrans və festivalı keçiriləcək
İyunun 5-də Xaçmaz rayonunda “Qərbi Azərbaycan – Yurd yerimiz” adlı elmi-praktik konfrans və festivalı keçiriləcək.
“Sizinxeber.az” xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunacaq konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucalan abidəsi ziyarət ediləcək, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzeyə baxış keçiriləcək. Xaçmaz şəhərində Vətən müharibəsindəki şanlı qələbəmizin şərəfinə salınmış Zəfər parkında keçiriləcək festivalda Qərbi Azərbaycan, eləcə də şimal bölgəsi və Xaçmaz rayonunun tarixi, mədəniyyəti, məişəti, kulinariyası, əhalisinin həyat tərzi, məşğulluğu və adət-ənələrini əks etdirən nümunələrin nümayiş etdirilməsi nəzərdə tutulur.
Xaçmaz Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçiriləcək festivalda Quba-Xacmaz Regional Təhsil İdarəsi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi, Quba Xaçmaz Regional Turizm İdarəsi, rayonda fəaliyyət göstərən istehsal sahələri, digər idarə, müəssisə, təşkilatlar, ictimai fəallar və rayon sakinləri iştirak edəcəklər.
Oxşar xəbərlər
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında 8 mindən artıq ağac əkilib
Xaçmazda döyülən 57 yaşlı kişi xəstəxanada ölüb
Səbinə Əliyeva Qubada vətəndaşları qəbul edəcək
Regional Təhsil İdarəsi: Xaçmazda şagirdlər arasında insident məktəbdə baş verməyib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
