Şəhid qardaşı: O hər zaman gözümüzdə 20 yaşında olduğu kimi qalacaq
Şəhid qardaşı onun ailə üzvlərinin gözündə hər zaman gənc yaşında olduğu kimi qalacağını bildirib.
Bu barədə “Sizinxeber.az”un Qarabağ bürosunun əməkdaşı ilə söhbətdə mayın 16-da Ağcabədidə dəfn olunan Birinci Qarabağ müharibəsinin şəhidi Miriş Rüstəmovun qardaşı Fəzail Rüstəmov danışıb.
O, 33 il ərzində aqibətindən xəbər tuta bilmədikləri qardaşının axtarışını heç vaxt dayandırmadıqlarını vurğulayıb:
“Çox şükür, qardaşımın nəşini dəfn etdik, gözümüz yoldan yığıldı. Yaşasaydı, 52 yaşı olacaqdı. Ancaq o hər zaman bizim gözümüzdə 20 yaşında olduğu kimi qalacaq.
Bu illər ərzində onu çox yerdə axtardıq. Müxtəlif rayonlara getdik, döyüş yoldaşlarını tapıb danışdırdıq. Onlar qardaşımın iştirak etdiyi son döyüşdə ayağından yaralandığını, daha sonra isə onu görmədiklərini dedilər. Arzu edirəm ki, itkin şəhidlərimizin hamısının nəşi aşkarlanıb dəfn olunsun, ailələri bununla təskinlik tapsın”.
Oxşar xəbərlər
Şəhid qardaşı: Anam onun həsrəti ilə bu dünyadan köçdü
Şəhid qardaşı: Onun məzarının artıq harada olduğunu bilmək bizim üçün təsəllidir
Şəhidin qardaşı: Başda Prezidentimiz olmaqla şəhidlərimizin və qazilərimizin sayəsində qardaşımın nəşi tapılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
