Keçmiş məcburi köçkün: Çox sevinirəm ki, Xocalıya qayıdış gününü gördüm
Xocalı faciəsindən sağ çıxanlardan biri də mənəm. Çox sevinirəm, ona görə ki, bu günü gördüm.
Bu fikirləri “Sizinxeber.az”a açıqlamasında bu gün Xocalıya köçən keçmiş məcburi köçkün Gültəkin Qaraşova deyib.
O, qeyd edib ki, eyni zamanda Xocalınını bəzi sakinlərinin yurda qayıdış gününü görməməsindən təəssüflənir: “Kədərlənirəm, ona görə ki, bəzi insanları orada görməyəcəyəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhid analarının əllərindən öpürəm”.
“Doğma torpaqlarımıza qayıdırıq. Allah br daha gənclərimizə ağır günləri yaşatmasın. Düşmənlərimiz həmişə xar olsunlar, sevinməsinlər”, - Gültəkin Qaraşova əlavə edib.
Qeyd edək ki, bu gün Xocalı şəhərinə daha 33 ailə - 137 nəfər köçürüləcək. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Xocalı şəhərinə köçürülən ailələrin ümumi sayı 85-ə - 342 nəfərə çatacaq.
Oxşar xəbərlər
Xocalı sakini: Doğma yurda qayıtmaq qürurvericidir
Keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
Keçmiş məcburi köçkün: "30 yaşında çıxdığım Şuşama 65 yaşında qayıdıram"
Keçmiş məcburi köçkün: "30 yaşımda çıxdığım Şuşama 65 yaşımda qayıdıram"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
