Xocalı sakini: Doğma yurda qayıtmaq qürurvericidir
Çox həyəcanlıyıq. Doğma yurda qayıtmaq qürurvericidir.
Bunu “Sizinxeber.az”a açıqlamasında bu gün Xocalıya köçən keçmiş məcburi köçkün Ləman Hacıyeva deyib.
O, doğma yurduna qayıdış sevincini gizlətməyib:
“Danışa, hisslərimi ifadə edə bilmirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Qaynatam Xocalıda şəhid olub.
Xocalı işğaldan azad olunandan sonra ora bir dəfə getmişik. Orada çox dəyişikliklər baş verib. Xocalı ilə bağlı çox arzularımız var. İlk arzumuz ora qovuşmaq idi”.
Qeyd edək ki, bu gün Xocalı şəhərinə daha 33 ailə - 137 nəfər köçürüləcək. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Xocalı şəhərinə köçürülən ailələrin ümumi sayı 85-ə - 342 nəfərə çatacaq.
Oxşar xəbərlər
Keçmiş məcburi köçkün: Çox sevinirəm ki, Xocalıya qayıdış gününü gördüm
Cəbrayıl sakini: Yurda qayıtmaq çox gözəl hissdir
Xocalı şəhərinə daha 33 ailə köçürülüb
Xocalı sakini: Məcburi köçkün düşdükdən sonra doğma yurdun həsrəti ilə yaşayırdıq
Keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













