Həsənriz sakini: Şəhid qanlarının haqqını bu yerləri dirçəltməklə verməliyik
sizinxeber.az xəbər saytı

Həsənriz sakini: Şəhid qanlarının haqqını bu yerləri dirçəltməklə verməliyik


Kənddə həyat yenidən başlayır və sakinlərin də üzərinə çox böyük məsuliyyət düşür.

Bunu "Report"un Ağdərə rayonuna ezam olunan əməkdaşı ilə söhbət zamanı Həsənriz kənd sakini Yaqub Həsənov deyib.

Onun sözlərinə görə, kəndə köçən əhalinin üzərinə böyük məsuliyyət düşür:

“Artıq öz vətənimizə, doğma kəndimizə qayıdırıq. 1992-ci ildə kəndimizi tərk etdikdən sonra Tərtər rayonunda məskunlaşıb orada yaşadıq. İndi isə uzun illər həsrətini çəkdiyim kəndimizə dönürük.

Allaha şükür ki, bu günü bizlərə nəsib elədi. Allah dövlətimizi var eləsin, bayrağımız hər zaman yüksəklərdə olsun. Şəhidlərimizi hörmətlə anırıq, qoy onların ruhu bizə halallıq versin. Torpaqlarımız onların qanı bahasına azad edilib.

İndi biz o torpaqlarda şad, firavan yaşayacağıq. Kənddə həyat yenidən başlayır və bizim də üzərimizə çox böyük məsuliyyət düşür. Torpaqlarımızın azadlığı uğrunda tökülən şəhid qanlarının haqqını bu yerləri dirçəltməklə verməliyik”.

Oxşar xəbərlər

Suqovuşan sakini: Dağların qoynunda yerləşən bu kənddə bizim üçün hər bir şərait yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Həsənriz sakini: Doğma kəndimizin yenidən qurulmasına çox sevinirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suqovuşan sakini: Uzunmüddətli köçkün həyatından sonra artıq şəraitli evlərimizdə yaşayacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdərə sakini: Tək ata-baba yurduma yox, həm də Həsənrizdə keçən uşaqlığıma qayıdıram [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdərə sakini: Kəndimizin inkişafı üçün indidən üzərimdə məsuliyyət hiss edirəm [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər