sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Həsənriz sakini: Doğma kəndimizin yenidən qurulmasına çox sevinirik
İşğaldan azad edildikdən sonra yenidən qurulan Ağdərə rayonunun Həsənriz kəndinə qayıdan sakin buna görə çox sevincli olduqlarını bildirib.
Bu barədə “Report”un Ağdərə rayonuna ezam olunan əməkdaşı ilə söhbətdə Həsənriz kənd sakini Firqə Dadaşova danışıb.
O, kənd camaatının yenidən bir araya gəlməsindən fərəhləndiyini qeyd edib:
“Kəndimizin gözəl havası, təmiz suyu, mehriban insanları var. Uzun illər camaatımız bir-birindən aralı düşmüşdü. Şükürlər olsun ki, artıq elimiz bir yerə cəm olur.
Doğma kəndimizin yenidən qurulmasına çox sevinirik. Axır ki bu dağlarda doğma səslər əks-səda verəcək”.
Oxşar xəbərlər
Ağdərə sakini: Kəndimizin inkişafı üçün indidən üzərimdə məsuliyyət hiss edirəm
Ağdərə sakini: Tək ata-baba yurduma yox, həm də Həsənrizdə keçən uşaqlığıma qayıdıram
Ballıcaya qayıdan sakin: Yenidən qayğısız günlərimizi yaşayacağıq
Suqovuşan sakini: Gördüklərim mənə yuxu kimi gəlir
Ağdərənin Həsənriz kəndində 33 ildən sonra ilk dəfə Od çərşənbəsi qeyd edilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













