Suqovuşan sakini: Dağların qoynunda yerləşən bu kənddə bizim üçün hər bir şərait yaradılıb
sizinxeber.az xəbər saytı

Suqovuşan sakini: Dağların qoynunda yerləşən bu kənddə bizim üçün hər bir şərait yaradılıb


Dövlət dağların qoynunda yerləşən bu kənddə bizim üçün ən yüksək səviyyədə şərait yaradıb. 

Bunu “Report”un Ağdərə rayonuna ezam olun əməkdaşı ilə söhbətdə Suqovuşan kənd sakini Qırımxan Muradov deyib.

Onun sözlərinə görə, kənddə məskunlaşdırılan sakinlərin əsas vəzifəsi o torpaqları yenidən canlandırmaqdır:

“Məcburi köçkün həyatı yaşadığımız ilkin dövrdə xeyli çətinliklərlə üzləşdik. Uzun müddət çadır şəhərciyində, daha sonra isə şəraitsiz məktəb binasında yaşamışıq. Çadırda qaldığımız vaxt bəzən xırda bir ehtiyacımızı ödəmək üçün çox əziyyət çəkirdik. Artıq o günlər geridə qalıb.

İndi doğma kəndimizə qayıdırıq, dövlətimizin bizə yaratdığı bu şəraitə görə çox sevinirik. Evimizə gedib baxmışam, olduqca gözəl və müasir tələblərə uyğun qaydada inşa edilib. Dağların ətəyində yerləşən bir kənddə bu cür şəraitin yaradılması çox müsbət haldır.

Dövlətimiz bütün bu işləri bizim rahatlığımız üçün həyata keçirib. Bizim də üzərimizə düşən əsas vəzifə dövlətimizin qədrini bilmək, bu torpaqları yenidən canlandırmaqdır”.

Oxşar xəbərlər

Şuşa sakini: “Çox sevinirik ki, artıq bizə məcburi köçkün deyilməyəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdərə sakini: Tək ata-baba yurduma yox, həm də Həsənrizdə keçən uşaqlığıma qayıdıram [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suqovuşan sakini: Uşaqkən tərk edib uğrunda qan tökdüyümüz kəndimizə daimi köçürük [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməlini qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdərə sakini: Kəndimizin inkişafı üçün indidən üzərimdə məsuliyyət hiss edirəm [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər