Qərbi Azərbaycan Xronikası: Paşinyan yeni müharibəyə sürüklənir
- 6-02-2025, 23:30
- Siyasət / Daxili siyasət
- 0
- 817
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Sizinxeber.az” xəbər verir ki, “Paşinyan yeni müharibəyə sürüklənir” adlı süjetdə Ermənistanın sabiq prezidentlərinin vaxtaşırı öz cinayətlərini dilə gətirməsindən və erməni siyasi elitasının daşnak-faşist mahiyyətindən söz açılır.
Süjetdə İrəvanın mərkəzində “Qarabağ” mahnısının Güney azərbaycanlıları tərəfindən səsləndirilməsi ilə bağlı erməni isterikasına, eləcə də hərbi ekspert Hayk Nahapetyan, politoloqlar Arman Abovyan, Harutyun Mkrtçyan, Argişti Kiviryan, deputat Arsen Torosyan, təhlükəsizlik üzrə ekspert Hraçya Arzumanyanın Qərbi Azərbaycan və Zəngəzur məsələsi barədə müxtəlif səpkili fikirlərinə yer verilir.
Onların sözlərinə görə, azərbaycanlılar Qərbi Azərbaycan adlanan əraziyə qayıtsalar, ermənilər onların quluna çevriləcək: “Azərbaycan tərəfi bildirir ki, Ermənistan hakimiyyəti Qərbi Azərbaycanın nümayəndələri ilə görüşməlidir. Biz artıq Rusiyaya arxalana bilmərik. 2020-ci ildən sonra həm hakimiyyət, həm də sadə vətəndaşlar özlərini Rusiya tərəfindən xəyanətə uğramış hiss edirlər. Bu gün Ermənistanda bəzi dairələr Nikol Paşinyanı yeni müharibəyə sürükləməyə çalışır. Onların əsas məqsədi baş naziri devirmək və hakimiyyəti ələ keçirməkdir”.
Sonda vurğulanır ki, dünyanın siyasi düzəni dəyişib və Azərbaycan güclü dövlət kimi regionda öz gündəliyinə uyğun düzən yaradır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.


width="220" alt="Qərbi Azərbaycan Xronikası: Ermənistanda Qərbi Azərbaycan layihəsi həyata keçiriləcək" />
width="220" alt="İcma sədri: “Qərbi azərbaycanlılara verilən şəxsiyyət vəsiqələrində şəhər və rayonların tarixi adları yazılır"" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />