Qərbi Azərbaycan Xronikası: Tramp qayıtdı, Ermənistan üçün “əcəl zəngi” çalınır
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Sizinxeber.az” xəbər verir ki, “Tramp qayıtdı: Ermənistan üçün “əcəl zəngi” çalınır” adlı süjetdə Donald Trampın ABŞ Prezidenti kimi atacağı addımların, verəcəyi qərarların dünyanın müxtəlif coğrafiyalarında proseslərin inkişafına necə təsir etməsindən bəhs olunur.
Bildirilir ki, əsas məsələ Tramp Amerikasının Cənubi Qafqaz siyasəti, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yanaşmasıdır. Bu, həm də Azərbaycanın Qarabağın azad edilməsindən sonrakı hədəflərinə – azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı, Zəngəzur dəhlizinin açılması və digər məsələlərə təsir edəcək amillərdir.
Qeyd olunur ki, keçmiş təcrübə - Trampın 2016-2020-ci illəri əhatə edən ilk prezidentlik dövründə baş verənlər və proqnozlar ABŞ-nin yeni administrasiyasının Azərbaycanla münasibətlərə xüsusi önəm verəcəyi gözləntisini ön plana çıxarır.
Amma bütün proqnozlar və gözləntilər Ermənistanın əleyhinədir. Belə ki, əgər Paşinyan hakimiyyəti indiyə qədər Qərbdə Bayden Amerikası və Fransa Avropasına bel bağlayır, Azərbaycanın haqlı tələblərindən onların dəstəyi ilə boyun qaçırırdısa, Tramp Amerikasının dövründə belə olmayacağı ehtimalı güclüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Azərbaycanlı qaçqınlar Paşinyanla danışıqlar üçün İrəvana gedə bilər
Xronika: Bakı və İrəvan arasında dekabr danışıqlarında Qərbi Azərbaycan məsələsi
Qərbi Azərbaycan Xronikası: Ermənistanda Qərbi Azərbaycan layihəsi həyata keçiriləcək
Zaxarova: Tramp hökumətinin Cənubi Qafqaz siyasətini proqnozlaşdırmaq hələ çətindir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
