Ombudsman: Əməkdaşlarımız hərbi hissələrdə, penitensiar xidmət məkanlarında müşahidəçi qismində iştirak edəcək
Gün ərzində Ombudsman və Aparat əməkdaşları müxtəlif qapalı müəssisələrdə, hərbi hissələrdə, penitensiar xidmət məkanlarında müşahidəçi qismində iştirak edəcək.
“Sizinxeber.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva deyib.
S.Əliyeva qeyd edib ki, Ombudsman uzun illərdir ki, Azərbaycanda keçirilən seçkiləri müşahidə edir.
O, əlilliyi olan şəxslərin seçki prosesinsə iştirakının təmin olunmasını xüsusilə diqqətdə saxladıqlarını əlavə edib.
Məlumat üçün qeyd edək ki, Ombudsman 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində həm səsvermə prosesində iştirak edib, həm də seçki prosesini müşahidə edib.
Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
Oxşar xəbərlər
Ombudsman bələdiyyə seçkilərində səs verib
Ombudsman və Aparatın əməkdaşları Özbəkistanda seçki prosesini izləyirlər
MSK sədri: Səsverməni 80 minə yaxın müşahidəçi izləyəcək
23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə məntəqə sədri: Səhər saatlarından seçici fəallığı var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
