MSK sədri: Səsverməni 80 minə yaxın müşahidəçi izləyəcək
Səsvermə günü seçki məntəqələrində prosesi müşahidə etmək hüququ olan şəxslərin sayı 80 minə yaxındır.
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin başlaması haqqında danışarkən deyib.
O qeyd edib ki, seçkilərə hazırlıq prosesi tam şəkildə həyata keçirilib:
"Bələdiyyə seçkiləri bütün tələblərə uyğun təşkil edilib. Müşahidəçilərin, məntəqə və dairə seçki komissiyalarının, o cümlədən ekspert qruplarının üzvləri daxil olmaqla seçkini ümumilikdə 71 min 209 nəfər müşahidə edə biləcək. Media nümayəndələrini də əlavə etsək, səsverməni müşahidə etmək hüququ olanların sayı 80 minə yaxındır".
Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
Oxşar xəbərlər
Məzahir Pənahov: Bələdiyyə seçkiləri müasir tələblərə uyğun olaraq təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ombudsman bələdiyyə seçkilərində səs verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aran zonasında səsvermə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə məntəqə sədri: Səhər saatlarından seçici fəallığı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












