23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə məntəqə sədri: Səhər saatlarından seçici fəallığı var
sizinxeber.az xəbər saytı

23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə məntəqə sədri: Səhər saatlarından seçici fəallığı var


23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində ümumilikdə 1434 nəfər seçici var.

Bunu “Sizinxeber.az”a açıqlamasında məntəqənin sədri Jalə Zeynalova deyib.

Onun sözlərinə görə, məntəqə 1 362 bülleten alıb: “On nəfər isə evdə səsvermə prosesində iştirak edəcək”.

Dairə üzrə 34 namizədin olduğunu deyən J.Zeynalova səhər saatlarından seçici fəallığının olduğunu da diqqətə çatdırıb.

Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Oxşar xəbərlər

Ombudsman bələdiyyə seçkilərində səs verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aran zonasında səsvermə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nəsimi-Binəqədi seçki dairəsinin 27 saylı seçki məntəqəsinin 22 seçicisi daşınar seçki qutusu vasitəsilə səs verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda ən yüksək seçici fəallığı 122 saylı Xankəndi seçki dairəsindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məntəqə sədri: Səsvermənin gedişində heç bir pozuntu halları qeydə alınmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər