Təyyarə qəzasında həlak olan Ramazan Filiyev Balakəndə dəfn edilib
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Balakən rayon sakini, 1998-ci il təvəllüdlü Ramazan Nərman oğlu Filiyevin nəşi ailəsinə təhvil verilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, daha sonra onun nəşi rayonun Şərif kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində R.Filiyevin doğmaları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, R.Filiyev ailəli idi, 10 aylıq oğlu var.
Qeyd edək ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15-i Balakən rayon sakini olub, onlardan 10-u qəza zamanı həyatını itirib.
Oxşar xəbərlər
Təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib
Təyyarə qəzasında həlak olan 26 yaşlı Balakən sakini dəfn olunub - YENİLƏNİB
Təyyarə qəzasında həlak olan Qoşqar Sadıqov Cəlilabadda dəfn edilib
Qəzaya uğrayan təyyarədə daha 5 nəfər Balakən rayon sakininin kimliyi məlum olub - SİYAHI - YENİLƏNİB
AZAL-ın qəzaya uğrayan təyyarəsində bir azərbaycanlının aqibəti hələ də bilinmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
