Sədr müavini: Dini radikalizmlə mübarizə istiqamətində atılan addımlar mühüm əhəmiyyət daşıyır
Dini radikalizmə qarşı mübarizə istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir.
"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, bunu "Dini müstəvidə ideoloji təhlükəsizlik: çağırışlar və perspektivlər" mövzusunda dekabrın 5-də Xaçmazda keçirilən regional konfrans çərçivəsində jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib.
Onun sözlərinə görə, konfransda əsas diqqət Şimal bölgəsindəki rayonlarda mövcud dini vəziyyətə və qarşıda duran vəzifələrə yönəldilib:
"Konfransın təşkilində əsas məqsəd dini maarifləndirmə ilə yanaşı, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, multikultural dəyərlərin tətbiqi kimi vacib məsələlərin müzakirəsi idi. Tədbirdə Şimal bölgəsinə daxil olan rayonlarda mövcud dini durum və qarşıda duran vəzifələr ətraflı müzakirə edildi".
"Eyni zamanda, din xadimləri və dini icmalarla işin gücləndirilməsinə dair fikir mübadiləsi aparıldı. Hesab edirəm ki, qeyd edilən məsələlərin müzakirəsi, xüsusilə dini radikalizmlə mübarizə baxımından bu konfransın keçirilməsi çox səmərəli oldu”, - G.İsmayılov vurğulayıb.
Oxşar xəbərlər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini kim icra edəcək?
Gündüz İsmayılov: Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib
Xaçmazda dini müstəvidə ideoloji təhlükəsizliyə həsr olunan konfrans keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












