Gündüz İsmayılov: Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır
Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır.
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan İlahiyyat İnstitutu islam dünyasında məzhəbüstü təhsil verən nadir təhsil ocaqlarından biridir: "Həm Azərbaycan İlahiyyat İnstitutunda, həm də Kollecində məzhəbüstü təhsil həyata keçirilir. Yəni hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır. Eyni zamanda Azərbaycanda dini təhsilin bütün pillələri pulsuzdur. Azərbaycanda yaşayan hər iki məzhəbin nümayəndələrinə təhsil sahəsində yetərincə diqqət və qayğı göstərilir".
G.İsmayılov İnstitutun təhsilə verdiyi töfhələrdən də danışıb: "Azərbaycan İlahiyyat İnstitutunun qısa bir zamanda fəaliyyət göstərməsinə baxmayaraq, burada Türkiyə və Gürcüstandan da tələbələr təhsil alırlar. Eyni zamanda Qazaxıstan və Özbəkistanla tələbə mübadiləsi həyata keçirilir. Bu yaxınlarda iki tələbəmiz təhsil almaq üçün Malaziyaya göndərildi".
Oxşar xəbərlər
Komitə sədri: Dini tədris etmək elmi düşüncə və pedaqoji bacarıq tələb edir
Sahib Alıyev: Dini təhsil elm və tərbiyə ilə balanslı şəkildə aparılmalıdır
Gündüz İsmayılov: Azad edilmiş ərazilərdəki tarixi-dini abidələr turizm məqsədilə də istifadə ediləcək
Bakı İlahiyyat Kolleci yaradıldı
Rektor: Dinin əsas prinsipləri cəmiyyətə din təhsili ilə çatdırılmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident İlham Əliyevin doğum günüdür












