Xaçmazda dini müstəvidə ideoloji təhlükəsizliyə həsr olunan konfrans keçirilib
sizinxeber.az xəbər saytı

Xaçmazda dini müstəvidə ideoloji təhlükəsizliyə həsr olunan konfrans keçirilib


Xaçmazda “Dini müstəvidə ideoloji təhlükəsizlik: çağırışlar və perspektivlər” mövzusunda regional konfrans təşkil olunub.

“Sizinxeber.az”un Şimal bürosunun məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə keçirilən konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin Xaçmaz şəhərindəki abidəsi ziyarət olunub, önünə çiçəklər qoyulub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisinin deputatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ali və orta ixtisas təhsili müəssisələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri və dini icma sədrlərinin iştirak etdiyi konfransda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə dövlət-din münasibətlərinin tənzimlənməsi, vətəndaşların dini etiqad azadlığının təmin olunması, dini fanatizm, radikalizm və ekstremizmə qarşı ideoloji müstəvidə effektiv mübarizənin aparılması, zərərli dini ideologiyaların Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində müzakirələr aparılıb.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dini mühitdə cərəyan edən mənfi tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunaraq bu sahədə maarifləndirmə işlərinin davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Deputat Fazil Mustafa çıxışında bildirib ki, zərərli dini ideologiyalarla mübarizədə ən səmərəli metodlardan biri maarifləndirmə işlərinin gücləndirilməsi və xüsusilə gənc nəslin dini biliklərinin artırılmasıdır.

Konfrans “Şimal bölgəsində dini durum: mövcud vəziyyət və qarşıda duran vəzifələr” və “Ənənəvi İslam: tarixi təcrübə və müasir reallıqlar” mövzularında panellərlə davam etdirilib.

Oxşar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini kim icra edəcək?
Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək
Dini ibadət yerlərində “Yaşıl gələcək naminə” aksiyası keçirilib
Dini təhsili olmayanlar məscidlərdən uzaqlaşdırılır
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər