Qanunsuz miqrantlar saxlanma yerindən məhdudiyyətsiz sayda məktub göndərə biləcəklər
Azərbaycanda saxlanma mərkəzinə yerləşdirilən qanunsuz miqrantların orada məktub və teleqram yazma qaydaları müəyyənləşir.
“Report” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklərə əsasən, həmin şəxslər dövlət hesabına bir ay ərzində iki dəfə məktub və ya teleqram göndərmək hüququna malik olacaqlar. Bununla belə, onlar öz hesablarına məhdudiyyətsiz sayda məktub, teleqram alıb və ya göndərə biləcəklər. Həmin şəxslərin məktub və teleqram göndərməsi senzura qaydalarına uyğun olaraq həyata keçiriləcək.
Mərkəzdə saxlanılan şəxslərin müdafiəçi və ya hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları istisna olmaqla, onların aldıqları və göndərdikləri digər yazışmalar hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə cinayət prosesini həyata keçirən orqanın və ya Mərkəz rəisinin əsaslandırılmış qərarı ilə məhdudlaşdırıla və ya senzuradan keçirilə bilər.
Mərkəzə məcburi yerləşdirilən şəxs mərkəzə qəbul edildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək üçün bir dəfə telefonla zəng etmək hüququna malik olacaq.
Həmin şəxs həftədə dörd dəfə 25 dəqiqəyədək telefonla danışmaq hüququna malikdir.
Oxşar xəbərlər
Azərbaycanda saxlanma yerində ölən qanunsuz miqrantlar dövlət hesabına dəfn edilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qanunsuz miqrantlar yeməkdən imtina etdikdə görüləcək tədbirlər müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pelosi Bakıya qarşı hərəkətə keçdi: Baydenə məktub... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kişilərə yeni hüquq verilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











