Naxçıvan Ombudsmanı Şahbuzdakı mina partlayışına münasibət açıqlayıb
Beynəlxalq ictimaiyyət dəqiq mina xəritələrinin ölkəmizə təhvil verilməsi istiqamətində Ermənistana təsir göstərməli, bu ölkənin mina terroruna səssiz qalmamalıdır.
Bunu Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva "Report"un yerli bürosuna bildirib.
O deyib ki, Ermənistanın vaxtilə basdırdığı minalar mülki şəxslərin həyatına təhlükə yaratmaqda davam edir:
"Növbəti belə hadisə avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində baş verib. Hadisə nəticəsində Şərur rayon sakini 2005-ci il təvəllüdlü Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb.
Ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təqdim edilməməsi sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına ciddi maneə törədir".
Oxşar xəbərlər
Şahbuzda minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb
Şahbuz sakininin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
