Oktyabrda Bakıda milli insan hüquqları mövzusunda beynəlxalq konfrans keçiriləcək
Bu ilin oktyabrında Bakıda milli insan hüquqları mövzusunda beynəlxalq konfrans keçiriləcək.
"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sentyabrın 6-da Bakıda keçirilən "Hüquq və iqlim" adlı beynəlxalq konfransın açılış mərasimində deyib.
Onun sözlərinə görə, COP29-a həsr olunmuş tədbirə dünya dövlətləri və beynəlxalq təşkilatların rəhbər şəxsləri qatılacaq, iqlim dəyişikliyi də müzakirə ediləcək.
S.Əliyeva bildirib ki, Azərbaycan Konstitusiyası sağlam ətraf mühitin təmin olunmasını təmin edir: "Sağlam ətraf mühitdə yaşamaq hüququ eyni zamanda vətəndaşların sosial durumu baxımdan əhəmiyyətlidir. Son dövrlər dünyada gedən proseslər təbiətlə cəmiyyət arasında ciddi problemlərə səbəb olub. Ekologiyanın qorunub saxlanılması və ekoloji problemlərinin yaranma səbəblərinin onların həll yollarının tapılması vacib şərtlərdəndir. İqlim dəyişikliyi ilə mübarizədə COP xüsusi əhəmiyyət kəsb edir. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə olan etimadın göstəricisidir. Ətraf mühitə mənfi təsir göstərən amillərdən biri də müharibədir. Müharibə və postmüharibə dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin mina ilə çirkləndirilməsi, təbii ehtiyatların talanması dünya ictimaiyyətinin diqqətinə çatdırılıb".
Oxşar xəbərlər
Anar Bağırov: Hüquqşünaslar iqlim ədalətinin təmin edilməsi üçün səylərini daha da artırmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda "Hüquq və iqlim" adlı beynəlxalq konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İnam Kərimov: İqlim dəyişikliyi insan həyatının bütün sahələrinə təsir edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ramiz Rzayev: İqlim dəyişikliyi dünyamız üçün ciddi bir sınaqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












