Azərbaycanlı hakimlər beynəlxalq konfransda iştirak edib
8-10 sentyabr tarixlərində İrlandiya Respublikasının paytaxtı Dublin şəhərində Beynəlxalq Qaçqınlar və Miqrasiya Hakimləri Assosiasiyasının Avropa Bölməsinin Konfransı keçirilib.
"Sizinxeber.az"un məlumatına görə, konfransda Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Zahid Məmmədov və Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov iştirak ediblər.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının dəstəyi ilə keçirilən konfransda Avropa İnsan Hüquqları Məhkəməsinin sədri, Avropa Ədalət Məhkəməsinin vitse-prezidenti, İrlandiya Respublikasının Ali Məhkəməsinin sədri, baş prokuroru, ədliyyə naziri, Beynəlxalq Qaçqınlar və Miqrasiya Hakimləri Assosiasiyasının sədri, BMT QAK-ın, Avropa İttifaqının Sığınacaq Agentliyinin nümayəndələri, habelə 20-dək Avropa ölkəsinin qaçqın və miqrasiya məsələləri üzrə mübahisələrə baxan inzibati və digər ixtisaslaşdırılmış məhkəmələrinin hakimləri iştirak ediblər.
Tarixi Dublin qalasının Hibernia Konfrans Mərkəzində keçirilən tədbirin əsas mövzusu Avropa ölkələrində artan miqrasiya prosesləri fonunda məhkəmələrdə qaçqın statusunun verilməsi və miqrasiya məsələləri ilə bağlı mübahisələrə baxılması təcrübəsi, bu sahədə Avropa İnsan Haqları Məhkəməsinin cari presedent hüququndan irəli gələn məsələlər olub. Mövzu üzrə müxtəlif ölkələrdən olan məruzəçi hakimlər aktual mövzular üzrə təqdimatlarla çıxış ediblər.
Ölkəmizi təmsil edən hakimlər təqdim edilən mövzular üzrə keçirilən müzakirələrdə iştirak ediblər, eyni zamanda tədbir iştirakçılarına Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları, inzibati məhkəmələrin fəaliyyəti, qaçqın statusunun verilməsinə dair işlər üzrə məhkəmə təcrübəsi, hakimlərin seçki prosesi barədə ətraflı məlumat verilib.
Oxşar xəbərlər
Bakı, Gəncə, Şəki və Şirvan apellyasiya məhkəmələrinə yeni hakimlər təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gəncə Apelyasiya Məhkəməsinin sədri vəzifəsindən azad edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu məhkəmələrə hakimlər təyin edildi - Sərəncam [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda "Hüquq və iqlim" adlı beynəlxalq konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ miqrasiya ilə bağlı islahatlar aparacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












