MSK 65 saylı Salyan-Neftçala-Biləsuvar dairəsinin bəzi məntəqələrində pozuntu iddialarını araşdırıb
sizinxeber.az xəbər saytı

MSK 65 saylı Salyan-Neftçala-Biləsuvar dairəsinin bəzi məntəqələrində pozuntu iddialarını araşdırıb


Sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 65 saylı Salyan-Neftçala-Biləsuvar seçki dairəsinin bəzi seçki məntəqələrində pozuntular haqqında iddialar araşdırılıb.

"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib. MSK-nın və Ekspert qrupunun üzvü Baxşeyiş Əsgərovun təqdimatına əsasən, bununla bağlı həmin dairədə qeydə alınmış namizəd Dadaşov Rəşad Rufik oğlu müraciət edib: "Namizəd seçkiqabağı təşviqat kampaniyasında və seçki günündə qanunsuz halların baş verdiyini iddia edib. O, müraciətinə sənədlər, fotoşəkillər və 37 videogörüntü də əlavə edib".

MSK üzvü qeyd edib ki, araşdırma zamanı namizədin iddialarının əsassız olduğu müəyyənləşdirilib.

Oxşar xəbərlər

42 saylı Sumqayıt ikinci seçki dairəsinin bəzi məntəqələrində pozuntular haqqında iddialar araşdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinin bəzi məntəqələrində pozuntular olması barədə iddia əsasını tapmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
86 saylı Ağcabədi Seçki Dairəsinin bir məntəqəsində pozuntular olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament seçkilərində 33 saylı Seçki Dairəsinin bəzi məntəqələrində pozuntularla bağlı iddia araşdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nəsimi-Binəqədi seçki dairəsinin bütün məntəqələrində qanun pozuntuları haqqında müraciət araşdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər