Parlament seçkilərində 33 saylı Seçki Dairəsinin bəzi məntəqələrində pozuntularla bağlı iddia araşdırılıb
Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 33 saylı Xətai 1-ci Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntularla bağlı iddia araşdırılıb.
"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK-nın Ekspert qrupunun üzvü Ramiz İbrahimovun təqdimatına əsasən, bu barədə deputatlığa namizədliyi qeydə alınmış Cəfərov Natiq Mehman oğlu MSK-ya müraciət edib.
Namizəd iddia edib ki, dairənin 10, 21, 11, 18, 23, 32, 20, 38 saylı seçki məntəqələrində pozuntular qeydə alınıb. Namizəd seçki məntəqəsinə 10 videogörüntü təqdim edib.
Araşdırma zamanı iddia edilən pozuntuların əsasını tapmadığı müəyyən edilib. Videolarda 1, 24 və 25 saylı seçki məntəqələrində səsvermə kabinlərindən iki nəfərin eyni anda çıxdığı görünüb. Məlum olub ki, həmin şəxslərin biri seçici, digəri isə ona kömək edən şəxsdir. Ona görə bu, qanun pozuntusu hesab edilməyib.
Müəyyən edilib ki, şikayətin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur.
R.İbrahimov əlavə edib ki, videoda əks olunan üç seçicidən biri gözdən əlil, digərləri də eyni şəkildə köməyə ehtiyacı olan şəxslər olub. Buna görə, həmin seçicilərin özəl durumu ilə bağlı seçici siyahısında qeyd aparılıb.
Oxşar xəbərlər
Parlament seçkilərindəki pozuntuya görə nəticəsi ləğv edilən məntəqələrin sayı beşə çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament seçkilərindəki pozuntuya görə iki məntəqənin nəticələri ləğv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu seçki məntəqələrinin nəticələri ləğv edildi - İclas [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mətbuat Şurasının seçkilərlə bağlı "qaynar xətti"nə heç bir müraciət daxil olmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK seçki prosesi zamanı qeydə alınan pozuntularla bağlı müraciətləri doqquz seçki dairəsinə göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












