Nəsimi-Binəqədi seçki dairəsinin bütün məntəqələrində qanun pozuntuları haqqında müraciət araşdırılıb
sizinxeber.az xəbər saytı

Nəsimi-Binəqədi seçki dairəsinin bütün məntəqələrində qanun pozuntuları haqqında müraciət araşdırılıb


Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin bütün məntəqələrində qanun pozuntuları haqqında müraciət araşdırılıb.

"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib. MSK-nın və Ekspert qrupunun üzvü İlkin Şahbazovun təqdimatına əsasən, bu barədə quruma qeydə alınmış deputatlığa namizəd Gülağa Aslanlı müraciət edib:

"O, 37 seçki məntəqəsinin formalaşdırılması zamanı qanun pozuntularının qeydə alındığını, məlumat lövhələrində müəyyən məlumatların asılmadığını, seçki günü məntəqələrdə pozuntuların baş verdiyini iddia edib. Onun təqdim etdiyi videogörüntülər baxış zamanı pozuntuların olduğu təsdiqini tapmayıb.

G.Aslanlı 143 nəfər seçki məntəqəsinin üzvünün həmin məntəqə ərazisində yaşamadığını iddia edib. Lakin bu məsələ də təsdiqini tapmayıb. O həmçinin, bəzi unvanların seçki dairəsinin hüdudlarına aid olmadıgıni bildirib.

Ekspert qrupunun araşdırması zamanı 30 saylı seçki məntəqəsində seçicilərin iradəsinə zidd halların baş verdiyi müəyyən edildiyindən, tək bu məntəqədə nəticələr etibarsız sayılıb".

Oxşar xəbərlər

22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinin bəzi məntəqələrində pozuntular olması barədə iddia əsasını tapmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament seçkilərində 33 saylı Seçki Dairəsinin bəzi məntəqələrində pozuntularla bağlı iddia araşdırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsində üç məntəqənin nəticələri ləğv olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament seçkilərindəki pozuntuya görə nəticəsi ləğv edilən məntəqələrin sayı beşə çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK Cəbrayıl-Qubadlı seçki dairəsindən daxil olan müraciəti araşdırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər