42 saylı Sumqayıt ikinci seçki dairəsinin bəzi məntəqələrində pozuntular haqqında iddialar araşdırılıb
Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 42 saylı Sumqayıt ikinci seçki dairəsinin bəzi seçki məntəqələrində pozuntular haqqında iddialar araşdırılıb.
"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib. MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, bununla bağlı qeydə alınmış namizəd Mahmudova Yasəmən Tağı qızı quruma müraciət edib:
"Namizəd seçki dairəsi üzrə nəticələrin etibarsız hesab olunmasını xahiş edib. O, bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia edib, müraciətinə aktlar və foto-video görüntülər əlavə edilib.
Araşdırma zamanı Yasəmən Mahmudovanın nəticələrini mübahisələndirdiyi seçki məntəqələri üzrə iddialar 27 saylı seçki məntəqəsi istisna olmaqla iddialar əsasını tapmayıb. Dairə üzrə yalnız həmin məntəqədə nəticələr ləğv edilib".
Oxşar xəbərlər
22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinin bəzi məntəqələrində pozuntular olması barədə iddia əsasını tapmayıb
86 saylı Ağcabədi Seçki Dairəsinin bir məntəqəsində pozuntular olub
MSK Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin bəzi məntəqələrində pozuntularla bağlı iddiaları araşdırıb
Nəsimi-Binəqədi seçki dairəsinin bütün məntəqələrində qanun pozuntuları haqqında müraciət araşdırılıb
Parlament seçkilərində 33 saylı Seçki Dairəsinin bəzi məntəqələrində pozuntularla bağlı iddia araşdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
