Bakıda qəzalı və istismar müddəti bitən yaşayış binaları ilə bağlı xüsusi Komissiya yaradılıb
sizinxeber.az xəbər saytı

Bakıda qəzalı və istismar müddəti bitən yaşayış binaları ilə bağlı xüsusi Komissiya yaradılıb


Bakı Şəhər İcra Hakimiyyətində Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

"Report" xəbər verir ki, müşavirədə bir sıra məsələlər müzakirə olunub, o cümlədən son vaxtlarda paytaxtda aparılan geniş miqyaslı abadlıq işlərindən söz açılıb.

Müşavirə zamanı paytaxtda şəhərin estetik görkəminə xələl gətirən, qəzalı vəziyyətdə olan və istismar müddətini bitirmiş yaşayış binaları ilə bağlı xüsusi Komissiya yaradılması qərara alınıb.

Bakının müxtəlif ərazilərində uzun illər əvvəl tikilən və müasir standartlara uyğun olmayan binaların hələ də mövcud olması nəzərə alınaraq Komissiyaya tapşırıq verilib ki, bununla bağlı məsələ tam araşdırılsın, xüsusi riskli zonalar müəyyən edilsin və bu problemin həlli yolları aidiyyəti qurumlarla birlikdə öyrənilsin.

Qeyd edilib ki, Bakıda mənzil fondu tam olaraq beynəlxalq standartlara uyğun səviyyəyə gətirilməlidir. Həmçinin müşavirədə paytaxtımızda piyada zonalarının genişləndirilməsi və yeni ərazilərdə belə zonaların yaradılması müzakirə olunub.

Oxşar xəbərlər

Bakıda istismar müddətini başa vurmuş tikililərlə əlaqədar iki komissiya yaradılıb
BŞİH-də müşavirə keçirilib, icra başçılarına ciddi xəbərdarlıq edilib
BŞİH-də şəhərin görünüşünə xələl gətirən tikililər və nöqsanlar müzakirə edilib
BŞİH-də növbəti müşavirə keçirilib, mövcud nöqsanlar tənqid edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər