

BŞİH-də şəhərin görünüşünə xələl gətirən tikililər və nöqsanlar müzakirə edilib
Bakı Şəhər İcra Hakimiyyətində şəhərin təsərrüfat xidmətlərinin, paytaxt rayonlarının təsərrüfat xidmətləri rəhbərləri və məsul şəxslərin iştirakı ilə geniş müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, müşavirədə bir sıra məsələlər, o cümlədən son vaxtlarda paytaxtda aparılan geniş miqyaslı abadlıq işləri, sanitar təmizlik məsələləri, çimərliklərin vəziyyəti və yay mövsümünə hazırlıq məsələləri, qanunsuz tikililərlə mübarizə və şəhərin ümumi görünüşünə xələl gətirən tikililər və digər nöqsanlar müzakirə edilib.
Qeyd edilib ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan inkişaf edir, yeni parklar və yaşıllıqlar salınır, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində böyük işlər həyata keçirilir. Bununla yanaşı yerlərdə bəzi sahələrdə nöqsanlar mövcudluğu vurğulanıb, rayonlar üzrə monitoring zamanı aşkar edilmiş konkret faktların fotoşəkilləri nümayiş etdirilib.
Müşavirənin yekununda Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Ayaz Hüseynov bir daha qeyd edib ki, həyata keçirilən müsbət işlərlə yanaşı hazırda mövcud olan bir sıra nöqsanların ən qısa zamanda aradan qaldırılması vacibdir.
Oxşar xəbərlər
BŞİH-də növbəti müşavirə keçirilib, mövcud nöqsanlar tənqid edilib
BŞİH-də müşavirə keçirilib, icra başçılarına ciddi xəbərdarlıq edilib
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib, nöqsanlar tənqid edilib
BŞİH-də qanunsuz tikililərlə bağlı məsələ müzakirə edilib
Eldar Əzizov icra başçılarına ciddi xəbərdarlıq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
