Azərbaycanın enerji siyasəti iqtisadi müstəqilliyimizin əsas sütunlarından birinə çevrilib – RƏY
sizinxeber.az xəbər saytı

Azərbaycanın enerji siyasəti iqtisadi müstəqilliyimizin əsas sütunlarından birinə çevrilib – RƏY


Otuz illik yubileyini qeyd edən “Bakı Enerji Həftəsi” kimi mötəbər beynəlxalq tədbirin təşkili təkcə texnoloji və sənaye baxımından deyil, həm də hüquqi-iqtisadi transformasiyalar kontekstində strateji önəm daşıyır. Prezident İlham Əliyevin çıxışında da vurğulandığı kimi, enerji siyasəti son 30 ildə ölkəmizin iqtisadi müstəqilliyini və geosiyasi suverenliyini təmin edən əsas sütunlardan birinə çevrilib. Bu gün biz artıq tam əminliklə deyə bilərik ki, enerji hüququ, sərmayə mühitinin tənzimlənməsi və tranzit mexanizmləri baxımından Azərbaycan regionda qabaqcıl normativ bazaya sahibdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanın bərpaolunan enerji sahəsində sərgilədiyi iradə və tərəfdaşlıq mədəniyyəti onu yaşıl enerji hüququ və iqlim maliyyəsi mövzusunda da ciddi tərəfdaş kimi önə çıxarır: “Məhz bu səbəbdən ölkəmiz COP29-a ev sahibliyi edərkən, Qlobal Cənub ilə Qlobal Şimal arasında hüquqi-güvən körpüsünün qurulmasına da önəmli töhfə vermiş oldu. Hesab edirəm ki, Azərbaycanın enerji siyasəti, necə deyərlər, həm də iqtisadi maarifləndirmənin təməlidir. Enerji diplomatiyasında hüquqi bilik, normativ davamlılıq və şəffaf müqavilə mədəniyyəti olmadan sabit inkişaf mümkün deyil. Bu baxımdan ölkəmizin enerji modeli həm region ölkələri, həm də inkişaf etməkdə olan dövlətlər üçün praktiki təcrübə məktəbi ola bilər”.

Oxşar xəbərlər

Prezident: "Strateji yanaşmalar enerji sektorunda Azərbaycanın inkişafına yeni imkanlar yaradır"
Energetika Nazirliyi: Bakı Enerji Həftəsi “yaşıl enerji” gündəmini formalaşdıran beynəlxalq platformaya çevrilib
Ərdoğan: Türkiyə və Azərbaycan Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır
Prezidentin təşəbbüsü ilə yaradılan enerji layihələri bu gün qlobal əhəmiyyət kəsb edir - ŞƏRH
Mehmet Yüce: "Zəngəzur alternativ enerji ixracı baxımından Türk dünyası üçün ortaq layihədir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər