Nəsimi Ağayev: Ermənistanın Xocalı soyqırımını tanıması sülh yolunda böyük addım olardı
Ermənistanın Xocalı soyqırımını tanıması regionda uzunmüddətli sülhə doğru atılmış böyük addım olardı, lakin əvəzində İrəvan bu cinayəti nisbiləşdirir və hətta özlərinə bəraət qazandırır.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev yerli mətbuata müsahibəsində bildirib.
Səfir Xocalı hadisələrinin dinc əhalinin qəsdən, vəhşicəsinə kütləvi şəkildə qətlə yetirilməsi olduğunu və onlara lazımi diqqət yetirilməməsinin təəssüf doğuran, siyasi maraqların çox vaxt tarixi faciələrin tanınmasına necə birbaşa təsir etdiyini göstərən ədalətsizlik olduğunu vurğulayıb.
N.Ağayev Xocalı soyqırımı ilə bağlı çoxsaylı sübutların – videomaterialların, şahid ifadələrinin, məhkəmə ekspertizalarının və müstəqil təşkilatların hesabatlarının olduğunu xatırladıb.
“Onların hamısı açıq şəkildə təsdiq edir ki, Ermənistan silahlı qüvvələri qəsdən günahsız insanları hədəfə alıblar. Bu, kütləvi qırğın idi. Qadınlar zorlanıb, uşaqlar vəhşicəsinə qətlə yetirilib. Bütün ailə üzvləri qətlə yetirilib. İnsanlar şikəst edilib, işgəncələrə məruz qalıb, meyitlər isə təhqir olunub. Xüsusilə şokedici məqam odur ki, bəzi erməni siyasətçiləri, o cümlədən, Ermənistanın sabiq prezidenti Serj Sarqsyan bu cinayəti nəinki imkr etmir, hətta onlara “strateji zərurət” deyə bəraət qazandırırlar”, - o deyib.
“Ermənistan bu günə qədər Xocalı soyqırımı ilə bağlı heç bir ciddi addım atmayıb – nə tanınma olub, nə üzr istənilib, nə faciə qurbanları ilə münasibətdə ədalət təmin olunmayıb. Bunun əvəzində cinayətin miqyasını kiçiltməyə, onu nisbiləşdirməyə və hətta ona bəraət qazandırmağa çalışırlar. Bu, qurbanların xatirəsinə və onların ailələrinə qarşı təhqirdir. Ermənistanın Xocalı soyqırımını tanınması regionda uzunmüddətli sülhə doğru böyük addım olardı”, - diplomat söyləyib.
N.Ağayev onu da vurğulayıb ki, tarixi ədalətin bərpası üçün bu cinayəti törədənlərin hamısı məsuliyyətə cəlb olunmalıdır.
Oxşar xəbərlər
XİN: Ermənistanın tarixi kütləvi şəkildə saxtalaşdıran təbliğatı sülhə xidmət etmir, təhlükəlidir
Səbinə Əliyeva Xocalıda tapılan kütləvi məzarlıqla bağlı beynəlxalq təşkilatlara çağırış edib
“CNN Türk” telekanalı: Xocalı – əbədi yaşar faciə
XİN: Ermənistan tərəfindən tarixi kütləvi şəkildə saxtalaşdıran təbliğat sülhə xidmət etmir və təhlükəlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı! - 70%-dək xüsusi endirimlər - VİDEO
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
