“CNN Türk” telekanalı: Xocalı – əbədi yaşar faciə
Türkiyənin “CNN Türk” telekanalı Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş xüsusi reportaj hazırlayıb.
AZƏRTAC xəbər verir ki, aparıcı Fulya Öztürk telekanalın çoxmilyonlu tamaşaçı auditoriyasını ermənilərin Azərbaycanın dinc sakinlərinə qarşı törətdikləri vəhşiliklər barədə məlumatlandırıb.
“613 günahsız Azərbaycan sakini bir gecədə qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər ölüm düşərgəsinə çatdırılaraq, işgəncələrə məruz qalıb”, - deyə tanınmış türkiyəli jurnalist Bakıdakı Xocalı abidəsinin fonunda söyləyib.
Reportajda Türk dünyası tarixinin ən qanlı səhifələrindən biri olan bu faciənin şahidləri danışıb. Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva telekanalın efirində qeyd edib ki, Azərbaycan xalqı Xocalı faciəsinin acısını heç vaxt yaddaşlardan silməyib.
“Xocalı faciəsi gecəsində bütün ümumbəşəri dəyərlər tapdanıb”, - deyə o qeyd edib. Jurnalist vurğulayıb ki, Türkiyə həmişə Azərbaycanın bu ağrısını bölüşüb.
“Bu gün Xocalı erməni işğalçılarından azad olunub. Azərbaycan bayrağı yenidən Qarabağ üzərində dalğalanır”, - deyə reportajda vurğulanıb.
Oxşar xəbərlər
Çingiz Mustafayevin çəkdiklərini gözlərimlə gördüm – XOCALI SOYQIRIMININ ŞAHİDİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ombudsman Xocalı soyqırımının törədildiyi ərazidə olub - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xocalıda soyqırımı abidəsi qoyulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xocalı sakini: 32 ildən sonra doğma torpaqda səs vermək qürurlandırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elçin Yusubov: Xocalı sakinlərinin yurdlarına köçürülməsi istiqamətində lazımi işlər görülür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












