"Möhtəşəm yüz il"in ulduzu həbs olunacaq
"Möhtəşəm yüz il"in ulduzu, türkiyəli aktyor Ozan Güveni məişət zorakılığına görə real həbs cəzası gözləyir.
Oxu.Az xəbər verir ki, bu barədə "Hürriyet" məlumat verib.
Məşhur türk serialında "Rüstem Paşa" obrazını canlandıran aktyora iki il üç ay müddətinə azadlıqdan məhrum edilmə hökmü verilib. Məhkəmə araşdırması beş il davam edib. Həmin vaxt sənətçinin sevgilisi Deniz Bulutsuz sevgilisinin zorakı rəftarına görə polisə şikayət edib və sübut kimi döyülmə anlarının videosunu təqdim edib.
Güven ittihamları rədd edərək qadına qarşı əks-iddia qaldırıb. Nəticədə məhkəmə Denizin tərəfini saxlayıb, Ozanın iddiası isə rədd edilib. Hələlik o, vəziyyətlə bağlı açıqlama verməyib, onun vəkilləri isə apellyasiya şikayətinə hazırlaşırlar.
Oxşar xəbərlər
124 min manatlıq dələduzluq işində bəraət alan şəxsin hökmü ləğv edilib, məhkəmə zalından həbs olunub
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir
Rüşvət alan gömrükçü haqda fərqli qərarlar - Azadlığa buraxıldı
Məhkəmə məşhur braziliyalı futbolçunun tələbini rədd edib
Britaniyada 3 qızı öldürən şəxs 52 illik həbsə məhkum edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









