Məhkəmə məşhur braziliyalı futbolçunun tələbini rədd edib
İspaniyanın "Real" klubunun və Braziliya millisinin sabiq futbolçusu Robinyonun həbs müddətinin azaldılması ilə bağlı tələbi rədd edilib.
"Sizinxeber.az" "Globo Esporte"yə istinadən xəbər verir ki, məhkəmə 40 yaşlı hücumçunun ittiham olunduğu cinayətin ağır kimi tanınmasını istəyib.
Braziliyalı hücumçu 2017-ci ildə zorlamaya görə 9 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə 2013-cü ildə İtaliyanın Milan şəhərində baş verib. O, beş nəfərlə birlikdə 22 yaşlı alban qızı zorlamaqda təqsirli bilinib.
Həbs qərarı çıxarılan zaman futbolçu Braziliyada yaşayırdı. İki ölkə arasında cinayətkarların ekstradisiyası ilə bağlı müqavilə olmasa da, 2024-cü ildən Braziliyanın ali məhkəməsi futbolçunun məhz öz ölkəsində cəza çəkə biləcəyini açıqlayıb.
Qeyd edək ki, Braziliyanın “Santos” və “Atletiko Mineiro”, İspaniyanın “Real", İngiltərənin “Mançester Siti”, İtaliyanın “Milan” və Çinin “Quançjou Everqrand” klublarının formasını geyinmiş futbolçunun son iş yeri Türkiyə təmsilçisi "Başakşəhər" olub. O, Braziliya millisində meydana çıxdığı 100 oyunda 28 qola imza atıb.
Oxşar xəbərlər
"Milan" klubu 16 yaşlı futbolçusu ilə peşəkar müqavilə bağlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Barselona"nın və Braziliya millisinin sabiq futbolçusu məhkəmə qarşısına çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Real"ın sabiq qapıçısı karyerasını başa vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
ÇL: PSJ və "Porto" növbəti mərhələdə [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Mançester Yunayted"in futbolçusu sabiq klubuna qayıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












