124 min manatlıq dələduzluq işində bəraət alan şəxsin hökmü ləğv edilib, məhkəmə zalından həbs olunub
124 min manatlıq dələduzluqda ittiham olunaraq bəraət alan şəxs barəsində hökm ləğv edilərək həbs olunub.
“Report” xəbər verir ki, bu barədə qərar Ali Məhkəmə tərəfindən çıxarılıb.
Tərlan Qasımov 124 min manat dələduzluqda ittiham olunub. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi tərəfindən Tərlan Qasımov barəsində bəraət hökmü çıxarılıb və azadlığa buraxılıb. Prokuror tərəfindən Tərlan Qasımov barəsində bəraət hökmündən Ali Məhkəməyə kassasiya protesti verib. Ali Məhkəmə işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Bakı Apellyasiya Məhkəməsində onun barəsində olan bəraət hökmü ləğv edilib və 6 il müddətinə azadlıqdan məhrum olunub. T.Qasımov məhkəmə zalından həbs edilib.
Oxşar xəbərlər
Külli miqdarda dələduzluqda ittiham olunan və məhkəmədən bəraət alan şəxs yenidən həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rüşvət alan gömrükçü haqda fərqli qərarlar - Azadlığa buraxıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə 500 min manatdan çox dələduzluqda ittiham olunan univerisitet müəllimi və dostu barədə qərar qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 800 minlik dələduzluq: 3 dövlət qurumu zərər gördü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












