Azərbaycanda bəzi vətəndaş kateqoriyaları üçün mənzil əldə etmək daha əlçatan olacaq - VİDEO
Azərbaycanda ev almaqda çətinlik çəkən bəzi sosial qruplar üçün mənzil sahibi olmaq daha asanlaşacaq.
“Sizinxeber.az” xəbər verir ki, bu məqsədlə Mənzil Məcəlləsinin 48-ci maddəsinə - “Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri” - dəyişiklik edilib.
Qanunvericiliyə əsasən, sosial kirayə müqavilələri ilə mənzilə ehtiyacı olan aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar, o cümlədən gənclər və digər imtiyazlı qruplar dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin oluna bilərlər. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu mənzillər yalnız qeyd olunan kateqoriyalara aid vətəndaşlara sosial kirayə müqavilələri əsasında verilir. Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrdə başqa qayda göstərilmədiyi halda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi əldə edə bilməzlər.
Millət vəkili Vüqar Bayramov bildirib ki, qanuna edilən dəyişikliklər nəticəsində imtiyazlı şəxslərin pulsuz mənzil əldə etmə meyarları dəqiqləşdirilir və bu proses daha sadə və daha az mərhələli olacaq:
“Hazırkı qanunvericiliyə əsasən, şəhid ailələri, müharibə əlilləri, Çernobıl faciəsi nəticəsində əlilliyi olan şəxslər və valideynlərini itirmiş vətəndaşlar sosial mənzil fondundan faydalana bilirlər. Yeni dəyişikliklər bu ailələrin daha rahat uçota alınmasına və sosial kirayə müqaviləsi əsasında mənzillə təmin olunmasına imkan yaradacaq. Bu da öz növbəsində pulsuz mənzillərə əlçatanlığı artıracaq. Bu gün güzəştli ipoteka hüququ qazanan vətəndaşlar da sosial mənzillərə müraciət edə bilirlər”.
Əmlak məsələləri üzrə ekspert Elnur Əsədov qeyd edib ki, əvvəllər bu cür mənzillər yalnız istifadəyə verilirdi və vətəndaşlar çıxarışla təmin olunmurdu:
“Əvvəllər bu əmlaklar vətəndaşlara sadəcə sərəncamla təqdim olunurdu. Yeni dəyişikliklər isə həmin mənzillərin birbaşa çıxarışla, yəni mülkiyyət hüququ ilə verilməsini nəzərdə tutur”.
Qeyd edək ki, imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə əsasən, ailə tərkibi nəzərə alınmaqla növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin olunurlar.
Daha ətraflı məlumat üçün “Sizinxeber.az”un hazırladığı videomaterial təqdim olunur.
Oxşar xəbərlər
Prezident Mənzil Məcəlləsinə sosial kirayə ilə bağlı əlavəni təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sosial kirayə müqaviləsi ilə yaşayış sahələri veriləcək şəxslərin əhatə dairəsi genişləndirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək şəxslərin əhatə dairəsi genişləndirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda kirayə mənzil fonduna daha 150 mənzil əlavə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda daha 296 mənzil satmaq öhdəliyi ilə kirayəyə veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












