sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Prezident Mənzil Məcəlləsinə sosial kirayə ilə bağlı əlavəni təsdiqləyib
Prezident İlham Əliyev Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
"Report" xəbər verir ki, yenilənmiş qanuna əsasən, Azərbaycan vətəndaşları sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına biləcək.
Xatırladaq ki, Məcəllənin 48-ci bəndinə əsasən, yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.
Oxşar xəbərlər
Sosial kirayə müqaviləsi ilə yaşayış sahələri veriləcək şəxslərin əhatə dairəsi genişləndirilib
Sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək şəxslərin əhatə dairəsi genişləndirilir
Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair yeni qaydalar təsdiqlənib
Çernobıl qəzasında zərər çəkənlərin sosial təminatı təkmilləşdirilir
Sumqayıt və Sarayda kirayə mexanizmi çərçivəsində daha 549 mənzil təqdim ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













