Sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək şəxslərin əhatə dairəsi genişləndirilir
Sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara da dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mənzil Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Daha 296 kirayə mənzil satışa çıxarılıb
Sumqayıt və Sarayda kirayə mexanizmi çərçivəsində daha 549 mənzil təqdim ediləcək
Vəzifəli gömrükçülərə kirayə mənzil üçün ödəniləcək aylıq kompensasiya müəyyənləşib
Daha 207 "kirayə mənzil" satışa çıxarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
